SƏBƏT

Terrarium baxımı

  • Nis 29, 2024

Terrarium baxımı

terrarium-baximi

Terrarium baxımı incəlik tələb edir, lakin heç də çətin deyil. Bu səbəblə bəzi əsas məqamlar nəzərə alındıqda bitkiləriniz uzun illər öz gözəlliyini göstərməyə davam edə bilər.

  • Terrariumda əsas məqam bitkinizi yaxşı bilməkdir. Rütubəti sevən, lakin çox su aldıqda çürüyən bitkilərinizin suvarılmasına diqqət etməlisiniz. Bu səbəbdən hər gülün özünə su vermək daha düzgün olardı.
  • Terrarium çox az miqdarda su ilə kifayətlənir.,həddindən artıq sulasanız, bitkiniz məhv olar.
  •  7-10 gündə bir dəfə (torpağın quruluğundan asılı olaraq) hər bitkiyə 15-20 ml su verilməsi kifayətdir.
  • Hər bitkidə olduğu kimi terrarium bitkilərində də çürümə müşahidə olunduqda çürüyən yer təmiz kəsici alətlə təmizlənməlidir. 
  • Digər vacib amil Terrariumunuzun birbaşa günəş işığı almamasıdır. Ancaq bu, mütləq bitkinin qaranlıqda saxlanması demək deyil. İşıqlı və qızdırıcılardan uzaq bir mühit təmin edilməlidir. Bitkinizin təmiz havaya ehtiyacı var. Bu səbəbdən qapalı tıxac varsa, təmiz hava mübadiləsini təmin etmək üçün tez-tez açılmalıdır.